Cəmiyyət

“Təkcə 1 ixtisas seçmişdim” - Samir Tağızadə

25 Aug 2026, 00:10 2 baxış Admin
“Təkcə 1 ixtisas seçmişdim” - Samir Tağızadə

IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinə qəbul olunub.


“Bakupost” xəbər verir ki, Qafqazinfo-ya danışan S.Tağızadə ATU-nun Tibb (tədris ingilis dilində) ixtisasına daxil olduğunu bildirib.
“İxtisas seçimində təkcə 1 ixtisas seçmişdim, ona da qəbul olundum”, - deyə o əlavə edib.
Qeyd edək ki, Samir Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyasının məzunudur. O, həmçinin ötən il İctimai TV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər