Okeanlarında suyun temperaturu rekord səviyyəyə çatdı
Dünya okeanlarının səth temperaturu yeni rekord səviyyəyə yüksəlib.
News24.az xəbər verir ki, Avropa İqlim Xidməti “Kopernik”in məlumatına görə, avqust ayında qütb bölgələri istisna olmaqla okeanların orta səth temperaturu 21,10 dərəcəyə çatıb.
Qeyd olunur ki, bundan əvvəl iyul ayında da okean səthinin orta temperaturu meteoroloji müşahidələr tarixində rekord həddə yüksəlmişdi. 60 dərəcə cənub enliyi ilə 60 dərəcə şimal enliyi arasında okeanların orta səth temperaturu 20,96 dərəcə təşkil edib. Bu göstərici 2023-cü ilin iyulunda qeydə alınan 20,89 dərəcəlik əvvəlki rekordu üstələyib.
Məlumata görə, iyunun 19-dan etibarən Dünya Okeanında suyun temperaturu demək olar ki, hər gün yüksəlib. Bundan əvvəl qeydə alınan ən yüksək göstərici 21,09 dərəcə olub və 2024-cü ilin martında müşahidə edilib.
Beləliklə, avqust ayında qeydə alınan 21,10 dərəcəlik göstərici əvvəlki rekorddan da yüksək olub.