Dünya

“Taxt oyunları”nın ulduzu “Harri Potter”də rol alacaq

24 Aug 2026, 22:17 2 baxış Admin
“Taxt oyunları”nın ulduzu “Harri Potter”də rol alacaq

“Taxt oyunları” serialında Con Snou obrazını canlandıran Kit Harinqton “Harri Potter” serialının ikinci mövsümündə rol alacaq.

News24.az xəbər verir ki, “Deadline”ın məlumatına görə, aktyor yeni mövsümdə Gilderoy Lokhart obrazını canlandıracaq. Bu rolu əvvəlcə Nikolas Holt oynamalı idi. Lakin aktyor sıx iş qrafikinə görə layihədən ayrılıb.

“Harri Potter” serialının ikinci mövsümü “Harri Potter və Sirlər Otağı” kitabı əsasında hazırlanacaq. Çəkilişlərin bu payız başlaması planlaşdırılır.

Qeyd edək ki, Kit Harinqton daha əvvəl “Harri Potter” kitablarının audio versiyasında da Gilderoy Lokhart obrazını səsləndirib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər