Qəzaya düşən Xalq artistinin vəziyəti - Açıqlandı
24 Aug 2026, 10:32
11 baxış
Admin
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən (KTM) News24.az-a bildirilib ki, hazırda aktrisanın vəziyyəti stabildir. Onun palata şəraitində müalicəsi davam etdiriləcək.
Qeyd edək ki, avqustun 22-də 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub. Dərhal hospitalizasiya edən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib./Qafqazinfo
Mənbə:
news24.az