Oqtay Əmənullayev vəzifəsindən azad olundu
22 Aug 2026, 15:13
21 baxış
Admin
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Oqtay Əmənullayev vəzifəsindən azad olunub.
News24.az xəbər verir ki, o, artıq kollektivlə sağollaşıb və buradakı fəaliyyətini yekunlaşdırıb.
Qeyd edək ki, O.Əmənullayev ötən ilin avqustundan bu vəzifədə çalışırdı. O, 2020-25-ci illərdə isə Astara RMX-nin direktoru vəzifəsində işləyib. /iqtisadiyyat.az/
Mənbə:
news24.az