Kriminal

Ukraynada daha 2 azərbaycanlı həlak oldu - FOTO

21 Aug 2026, 16:18 19 baxış Admin
Ukraynada daha 2 azərbaycanlı həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşən daha iki azərbaycanlı həlak olub.

News24.az xəbər verir ki, müharibədə həyatını itirənlər 1982-ci il təvəllüdlü Rüstəm Vəlincan oğlu Asadov və 1970-ci il təvəllüdlü Azim Şamil oğlu Asadovdur.

Məlumata görə, Rüstəm Asadov 20 may 1982-ci ildə Tambov vilayətinin Sosnovka kəndində, Azim Asadov isə 13 noyabr 1970-ci ildə Xantı-Mansi Muxtar Dairəsinin Pıt-Yax şəhərində yaşayıb.

Hər iki soydaşımız Rusiyada yaşayıb və Rusiya Silahlı Qüvvələrində müqaviləli hərbi xidmət keçib. Onların hər ikisinin Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə həlak olduğu bildirilir. (Modern.az)

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər