Lənkəranda meşədə iki nəfərin meyiti tapıldı
11 Aug 2026, 17:37
22 baxış
Admin
Lənkəran rayonunda meşədə iki nəfərin meyiti tapılıb.
News24.az xəbər verir ki, hadisə rayonun Havzava kəndində baş verib.
Meyitləri "İbadi" deyilən meşəlik ərazidə tapılan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın qohum olduqları, bir neçə gündür ailə üzvləri tərəfindən axtarıldıqları deyilir.
Faktla bağlı araşdırmalar davam etdirilir./Report
Mənbə:
news24.az