Gecə saat 3-də niyə oyanırıq? - Səbəbi açıqlandı
Mütəmadi olaraq gecə saat 3-də yuxudan oyanmaq insanın təkamül keçmişi ilə əlaqəli ola bilər.
News24.az xəbər verir ki, tarixçi Rocer Ekirç sənaye inqilabına qədər insanların çox vaxt yuxunu iki hissədə yatdığını, bu iki mərhələ arasında isə bir müddət oyaq qaldıqlarını müəyyən edib.
Mütəxəssislər bildiriblər ki, müasir insanın yuxusu 90–110 dəqiqəlik dövrlərdən ibarətdir.
Gecənin ilk yarısında dərin yuxu üstünlük təşkil etdiyi halda, ikinci yarıda yuxu daha səthi olur və bu səbəbdən oyanmaq daha asanlaşır.
Əksər insanlar gecə qısa müddətli oyansalar da, bunu sonradan xatırlamırlar.
Araşdırmalar göstərib ki, süni işıq və saatlardan uzaq qalan insanlar yenidən iki fazalı yuxu rejiminə qayıda bilirlər.
Əvvəllər bu oyanmaların kortizol hormonunun artması ilə bağlı olduğu düşünülsə də, 2025-ci ildə aparılan araşdırma bunu təsdiqləməyib.
Alimlərin fikrincə, gecə tez-tez oyanmaq qadınlarda menopauza öncəsi dövr, diabet xəstələrində gecə qan şəkərinin düşməsi, həmçinin kofein və alkoqol qəbulu səbəb ola bilər.
Mütəxəssislər vurğulayıblar ki, əsas problem oyanma deyil, insanın buna görə narahatlıq keçirməsidir.
Bu narahatlıq beynin gecə həmin saatı oyaqlıqla əlaqələndirməsinə və nəticədə xroniki yuxusuzluğun inkişafına səbəb ola bilər.