“Mercedes” səhvini etiraf etdi: Fiziki düymələr geri qayıdır
04 Aug 2026, 15:45
1 baxış
Admin
“Mercedes-Benz” avtomobillərdə fiziki düymələrin ləğv edilməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirir.
“Bakupost” xəbər verir ki, şirkətin baş icraçı direktoru Ola Kallenius avtomobil sənayesinin bu məsələdə “həddən artıq irəli getdiyini” etiraf edib.
Onun sözlərinə görə, gələcək “Mercedes” modellərində sürücülərin daha rahat istifadə etdiyi əsas funksiyalar üçün fiziki düymələr yenidən tətbiq olunacaq.
CEO bildirib ki, şirkət tamamilə toxunma ekranlarından imtina etməyəcək. Lakin geniş ekranlarla yanaşı, istifadə rahatlığını artırmaq üçün fiziki idarəetmə elementləri də saxlanılacaq.
Qeyd edək ki, son illərdə “Mercedes” avtomobillərində idarəetmə funksiyalarının böyük hissəsi toxunma ekranlarına köçürülmüşdü. Bu isə bir çox sürücü tərəfindən tənqid olunurdu. Oxşar addımların “Ferrari”, ”Hyundai” və “Volkswagen” tərəfindən də atıldığı bildirilir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az