Dünya

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

03 Aug 2026, 22:21 2 baxış Admin
Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

Putinin məqsədi artıq dağılmış bir sistemi yenidən bərpa etməkdir. SSRİ-yə daxil olmuş ölkələr nə qədər güclü və müstəqil olsalar, bu məqsədə nail olmaq bir o qədər çətin olacaq.


"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu tapmacanın əsas açarı Ukraynadır. O, bizi sındırmaq istəyir. Əgər buna nail olsaydı, postsovet məkanındakı digər ölkələrlə işi daha asan olardı. Bütün ölkələrə böyük hörmətlə yanaşaraq bunu deyirəm. Hər kəs bilir və yüksək qiymətləndirir ki, Ukrayna öz vətəndaşlarının həyatı bahasına digər ölkələrin müstəqilliyinə böyük töhfə verib.
Biz müstəqil Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq. Biz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Həmçinin bu il uzun fasilədən sonra Ermənistanla da əlaqələri bərpa etdik. Bu da faydalı olacaq.
Ukraynanın bu gün keçmiş Sovet məkanında mövcudluğu həmin ölkələrin müstəqilliyinin təminatıdır. Məsələn, məni Moldovanın Müstəqillik Günü tədbirlərinə dəvət ediblər. Bizim üçün belə münasibətləri qoruyub inkişaf etdirmək çox vacibdir və mən bununla fəxr edirəm”, – Zelenski qeyd edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər