Tramp İran prezidentinə yaşıl işıq yandırdı
21 Sep 2026, 14:41
1 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə açıq olduğunu bildirib.
“Bakupost” xəbər verir ki, Tramp bu həftə BMT Baş Assambleyası çərçivəsində İran lideri ilə görüşə biləcəyini deyib. O, İran məsələsi ilə bağlı qərar vermək mərhələsində olduğunu və yaxın gələcəkdə “böyük hadisələrin” baş verə biləcəyini bildirib.
Trampın açıqlaması ABŞ-İran müharibəsinin diplomatik yolla sona çatdırılması ehtimallarını gündəmə gətirib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az