Fransada dizel bahalaşdı, sürücülər avtomobili yağla idarə edir
21 Sep 2026, 15:05
2 baxış
Admin
Fransada bəzi sürücülər dizel yanacağının qiymətinin rekord həddə çatması səbəbindən avtomobillərində kolza yağından (raps yağı) istifadə etməyə başlayıblar.
News24.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bir litr kolza yağının qiyməti 1,53 avro təşkil edir. Bu, dizel yanacağından təxminən 1 avro ucuzdur.
Qiymət fərqi fransızları alternativ yanacaq kimi kolza yağından istifadə etməyə sövq edib.
Buna baxmayaq, bir çox sürücü kolza yağından istifadə etməkdən çəkinir. Buna səbəb bu məhsulun avtomobilin yanacaq təchizatı sistemini sıradan çıxara bilməsidir.
Məqalədə qeyd olunub ki, bu üsuldan istifadəyə görə 200 avro məbləğində cərimə nəzərdə tutulur.
Mənbə:
news24.az