Cəmiyyət

Hövsanda zəhərli ilanlar peyda oldu: Sakinlər

21 Sep 2026, 16:28 1 baxış Admin
Hövsanda zəhərli ilanlar peyda oldu: Sakinlər

Hövsan qəsəbəsində, "SOCAR torpaqları" kimi tanınan ərazidə ilanların olduğu bildirilir.
“Bakupost” xəbər verir ki, bununla bağlı qəsəbə sakinləri Hövsanlı bağlı müstəqil fəaliyyət göstərən sosial media səhifəsinə yazıblar.
Sakinlərin sözlərinə görə, Hövsan Yaşayış Kompleksinin yaxınlığında stadion tikintisi aparıldıqdan sonra ərazidə gürzə olduğu ehtimal edilən ilanlar müşahidə olunub.
Sakinlər xüsusilə uşaqların və yaşlı insanların təhlükəsizliyindən narahat olduqlarını bildiriblər. Onlar ərazidə çəkdikləri ilan fotolarını da səhifəyə göndəriblər.
Həmin fotoları təqdim edirik:
Lalə Novruz, BakuPost


Content Image
Content Image
Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər