Dünya

"Rusiya Qarabağ münaqişəsinin həllini bağışlaya bilmir" – İrəvan-Moskva oyununun pərdəarxası

21 Sep 2026, 16:19 2 baxış Admin
"Rusiya Qarabağ münaqişəsinin həllini bağışlaya bilmir" – İrəvan-Moskva oyununun pərdəarxası

Ermənistanla Rusiya arasındakı münasibətlər əvvəlki kimi ola bilməz. Əvvəlki kimi olmaq üçün Ermənistan yenidən münaqişəyə cəlb olunmalıdır. Ermənistanda sülh mühiti olduğu müddətcə Rusiya ilə münasibətlər də əvvəlki kimi olmayacaq.
"Bakupost" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Ermənistanla Rusiya arasında münasibətlər artıq əvvəlki məntiqlə qurula bilməz, çünki əvvəlki münasibətlərin formatı münaqişənin şərtləri ilə bağlı idi. Əgər Ermənistanda sülh mühiti qorunursa, iki ölkə arasındakı münasibətlər də bu yeni reallığa uyğun olmalıdır.
Politoloq Natiq Miri “Bakupost”a bildirib ki, Qarabağ münaqişəsi mövcud olan dövrdə bu Rusiyanın həm İrəvana, həm də Bakıya təzyiq və təsir vasitəsi idi:


“Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın orbitində fırlanan peyklərdən biri kimi, həm də heç bir səlahiyyəti olmayan vassal bir əyalət idi. İrəvanın bütün siyasəti və onun nəticələri yalnız Rusiyanın maraqlarına uyğunlaşdırılmışdı. Münaqişə bitəndən sonra isə regionda sülh bərqərar olub. Ermənistana Azərbaycan və Türkiyədən potensial təhlükə gözlənilmir. Belə olan halda Rusiyanın yalançı təhlükəsizlik çətirinə də ehtiyac qalmır. Bu isə Rusiyanın təzyiq və təsir imkanlarının yox olduğunu göstərir. Ona görə də Putin Qarabağ münaqişəsinin həllini Ermənistana bağışlaya bilmir”.Ekspertin sözlərinə görə, mövcud vəziyyət İrəvana da imkan verir ki, Rusiyadan asılılığı “sıfıra” ensin:
“Bu baxımdan da bütün sahələr üzrə şaxələndirmə siyasətinə üstünlük verəcəyini deyir. Ona görə də Paşinyan yaranan yeni status-kvo çərçivəsində münasibətlərin də tamam başqa təməllər üzərində qurulmasını, Ermənistanın bir siyasi iradədən asılılığı məsələsini bitirmək istəyir. İrəvan öz ölkəsində siyasi və iqtisadi cəhətdən Rusiyanı bitirir. Rusiyanın nəzarətindəki şirkətlər sıxışdırılır və ya milliləşdirilir”.
Müsahibimiz hesab edir ki, Ermənistanda başlanan bu prosesi dayandırmaq mümkün olmayacaq:
“Paşinyan sona qədər gedəcək və buna nail olacaq. Bu özünü hərbi cəhətdən də göstərməkdədir. Ermənistan habelə alternativ bazarlar axtarır”.
Rüfət Sultan,BakuPost
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər