Fransada meşə yanğınları ilə bağlı QIRMIZI HƏYƏCAN
21 Sep 2026, 14:54
1 baxış
Admin
Fransanın cənubundakı üç əyalətdə meşə yanğınları riskinin yüksək olması səbəbindən qırmızı həyəcan siqnalı verilib.
News24.az xəbər verir ki, Meteo-France Meteorologiya Agentliyi Qard, Od və Pireney-Orientales əyalətlərində yanğın riskini “çox yüksək” qiymətləndirib.
Yüksək temperatur və güclü küləklər səbəbindən Ardeş, Herault, Voklüz və Buş-dü-Ron əyalətlərində isə narıncı həyəcan səviyyəsi elan edilib.
Məlumata görə, Fransada bu il meşə yanğınları nəticəsində 117 min hektardan çox ərazi yanıb, 4 yanğınsöndürən həyatını itirib.
Mənbə:
news24.az