Cəmiyyət

Erməni bir söz deyəndə bu məqama diqqət etmək lazımdır - Həsən Həsənov

21 Sep 2026, 15:01 2 baxış Admin
Erməni bir söz deyəndə bu məqama diqqət etmək lazımdır - Həsən Həsənov

"Elmdə “mənbə” və “tədqiqat” anlayışları bir-birindən fərqlənir".

News24.az xəbər verir ki, bunu tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, mənbə qədim yazılara deyilir: "Hadisədən xəbərdar ola bilən və ona inam verən yazılı məlumatlar mənbə hesab olunur. Tədqiqat isə indiki tədqiqatçıların araşdırmalarıdır.

Ermənilər bizə qarşı çıxanda, bir nümunə üçün, mənbələri olmur, mənbə göstərmirlər. Ancaq və ancaq tədqiqatçıları çəkirlər. İndi də bu günlərdə yüzə yaxın tədqiqatçı var və müxtəlif fikirlər səsləndirirlər. O tədqiqatçıların mənbəsi yoxdur. Mənbə yoxdur, ona görə də bunu deyə bilərlər.

Erməni bir söz deyəndə görməlisiniz: bu, mənbəyə əsaslanır, yoxsa tədqiqatçıya? Tədqiqatçının adına əsaslanırsa, buna çox az inam var. Mənbəyə əsaslanırsa, buna çox inam vardır. Fərq bundadır".

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər