Cəmiyyət

“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”

21 Sep 2026, 13:42 1 baxış Admin
“Bakı əhalisinin çox mühüm hissəsi rayonlardan gələnlərdir”

Bakı əhalisinin dəqiq monitorinqlərini aparın, onun çox mühüm hissəsi kirayələrdə yaşayan, xüsusilə kənd rayonlarından gələn insanlardır”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

“O deməkdir ki, Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına edilən basqını artırırıq və hökumət büdcə maliyyələşməsində paytaxtı öndə tutduğu halda, sanki daxili miqrasiyanı da maliyyələşdirmiş olur.

Bizim boşalan kəndlərimizə qayıdış proqramı lazımdır. Həqiqətən insanlar o bölgələrdə yaşasınlar və ekoloji təmiz məhsul istehsal olunsun. Kəndə gedəndə kəndli insanı görəsən, kənd turizmi inkişaf etsin”, - deputat əlavə edib. (Qafqazinfo)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər