Dünya

Məşhur modelin 27 yaşlı oğlu öldü - Foto

21 Sep 2026, 13:22 3 baxış Admin
Məşhur modelin 27 yaşlı oğlu öldü - Foto

Supermodel Sindi Krouford və iş adamı Rendi Gerberin yeganə oğlu, model Presli Gerber 27 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Ailənin nümayəndəsi Preslinin sentyabrın 21-də vəfat etdiyini təsdiqləyib.

Presli Gerber 1999-cu ildə Kaliforniyada anadan olub. O, 15 yaşında "IMG Models" Agentliyi ilə müqavilə imzalayıb. İlk dəfə 2016-cı ildə Los-Ancelesdə keçirilən “Moschino” moda nümayişində model kimi podiuma çıxıb.

2019-cu ilin yanvarında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs olunan Presli həmin ilin sonunda 3 il müddətinə şərti cəzaya məhkum edilib.

O, həmçinin sərxoş vəziyyətdə avtomobil idarə etməyə qarşı mübarizə proqramında iştirak etməli və 2 gün ictimai işlər görməli olub.

Gənc model psixoloji problemlər və asılılıqla mübarizə apardığını açıq şəkildə dilə gətirirdi.

Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər