Bakıda məşhur villanın qiyməti daha 3 milyon endirildi
21 Sep 2026, 13:59
1 baxış
Admin
Bakıda uzun illərdir satışa çıxarılmış dəbdəbəli malikanənin qiyməti daha 3 milyon manat endirilib.
"Bakupost" İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.
Belə ki, paytaxtın Nəsimi rayonu, Tiflis prospektinin yaxınlığında yerləşən villanın satış qiyməti bu dəfə 12 milyon manata düşüb.
Məlumata görə, 1.500 m² tikili və 35 sot torpaq sahəsinə malik mülk 2014-cü ildən satışa çıxarılsa da, alıcısı tapılmayıb. Nadir memarlıq üslubuna malik 10 otaqdan ibarət premium malikanə daha əvvəllər müxtəlif dövrlərdə 17, 16 və 15 milyon manata təklif olunub.
Mətbuatda villanın 2002-2006-cı illər ərzində 12 ballıq zəlzələyə davamlı olaraq inşa edildiyi barədə məlumat dərc olunub.
Mənbə:
bakupost.az