Dünya

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

03 Aug 2026, 20:43 1 baxış Admin
Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb.

News24.az xəbər verir ki, müğənninin hazırda həbsdə olan qızı Tuğyan Ülkem Gülterə "valideynin qəsdən öldürülməsi" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edən ittiham aktı hazırlanıb.

Prokurorluq şahid ifadələrini, təhlükəsizlik kamerasının səs yazılarını, rəqəmsal müayinələri və sənəddəki ekspert rəylərini qiymətləndirdikdən sonra hadisənin qəsdən planlaşdırıldığı qənaətinə gələn ittiham aktı hazırlayıb.

İttiham aktında həmçinin şübhəlinin hadisədən sonra rəqəmsal sübutları silməyə cəhd etməsi, bəzi şahidlərə təsir göstərməyə çalışması və telefonunda müxtəlif yazışmaların tapılması iddiaları da yer alır.

Məhkəmə tərəfindən ittiham aktı qəbul edilərsə, təqsirləndirilən şəxsin hüquqi statusu ilə bağlı son qərar veriləcək. (Unikal)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər