Paytaxt qışda İstanbul, yayda Ankara olsun – TBMM-də maraqlı təklif
03 Aug 2026, 18:00
1 baxış
Admin
Türkiyə sakinləri daha mülayim iqlim şəraitinə görə İstanbulu ölkənin qış paytaxtı etmək, bazar günləri ticarət mərkəzlərini bağlamaq və dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi tətbiq etmək təklifi ilə çıxış ediblər.
"Bakupost" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu və digər təşəbbüslər son bir ay ərzində Türkiyə parlamentinə təqdim edilib.
Ən qeyri-adi təkliflər arasında İstanbulun qış paytaxtı elan edilməsi, Ankaranın isə yay paytaxtı olaraq qalması ideyasıdır. Vətəndaşlar həmçinin özəl detektivlərin fəaliyyətinin qadağan olunmasını istəyiblər.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az