“ChatGPT”nin istifadəçi sayı 1 milyardı keçdi
03 Aug 2026, 18:12
2 baxış
Admin
“OpenAI” 2022-ci ilin noyabrında istifadəyə verilən “ChatGPT” də daxil olmaqla, süni intellekt məhsullarının ümumi aktiv istifadəçi sayının 1 milyardı ötdüyünü açıqlayıb.
“Bakupost” xəbər verir ki, şirkətin məlumatına görə, hazırda 2 milyondan çox müəssisə “OpenAI”in süni intellekt həllərindən istifadə edir.
Şirkət bildirib ki, 1 milyard istifadəçi həddinin aşılması süni intellektin artıq eksperimental texnologiyadan çıxaraq qlobal miqyasda geniş istifadə olunan rəqəmsal xidmətə çevrildiyini göstərir.
Şirkətin açıqlamasına əsasən, istifadəçilər süni intellekt texnologiyasına daha çox alışdıqca ondan gündəlik istifadə tezliyi və tətbiq sahələri də genişlənir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az