66 ildən sonra ailəsini tapdı
ABŞ-da yaşayan Karlo Arkonun illərlə gözlədiyi böyük arzusu nəhayət, həyata keçib.
News24.az xəbər verir ki, körpə yaşlarında ailəsi tərəfindən tərk edilərək övladlığa verilən Arko, DNT testi sayəsində onilliklər sonra bioloji qohumlarını tapmağa nail olub.
"People" nəşrinin məlumatına görə, Karlo Arko 1952-ci ildə İtaliyanın Turin şəhərində dünyaya gəlib. Doğulduqdan qısa müddət sonra bioloji ailəsi onu tərk edib. O, əvvəlcə dini himayə müəssisəsində böyüyüb, daha sonra isə ABŞ-dan olan bir ailə tərəfindən övladlığa götürülərək yeni həyatına başlayıb.
Arko uzun illər bioloji ailəsi haqqında heç bir məlumata malik olmayıb. Lakin 66 yaşında insult keçirdikdən sonra sağlamlığının pisləşməsi ona həyatının ən böyük arzusunu yenidən xatırladıb. O, həyat yoldaşına bioloji ailəsini tapmaq istədiyini deyib.
Həyat yoldaşının təklifi ilə DNT testi etdirən Karlo Arkonun həyatında yeni səhifə açılıb. Testin nəticələri sayəsində o, illərdir axtardığı bioloji ailəsinə və qohumlarına qovuşmaq imkanı əldə edib. Bu hadisə Arkonun ömrünün sonrakı illərində ən böyük arzularından birinin gerçəkləşməsi kimi qiymətləndirilir.