"Apple" bir neçə saatda 500 milyard dollar itirdi
03 Aug 2026, 17:37
1 baxış
Admin
ABŞ fond bazarlarında texnologiya nəhəngləri “Apple” və “Amazon” maliyyə hesabatlarını açıqladıqdan sonra səhmləri fərqli istiqamətdə dəyişib.
“Bakupost” xəbər verir ki, “Amazon”un bulud xidmətləri bölməsi “AWS”nin gəlirləri gözləntiləri üstələdiyi üçün şirkətin səhmləri 12% bahalaşıb.
“Apple” isə mənfəət və gəlir proqnozlarını üstələməsinə baxmayaraq, zəif artım gözləntiləri səbəbindən 8% dəyər itirib.
Nəticədə, ötən həftə dünyanın ən dəyərli şirkəti adını “Nvidia”dan geri alan “Apple”in bazar dəyəri cəmi bir neçə saat ərzində təxminən 500 milyard dollar azalıb.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az