Dünya

Avropada görünməmiş hadisə: Rəsmilər hərəkətə keçdi

03 Aug 2026, 16:29 1 baxış Admin
Avropada görünməmiş hadisə: Rəsmilər hərəkətə keçdi

Avropada davam edən güclü istilər enerji sektorunda ciddi problemlər yaradıb.

News24.az xəbər verir ki, isti hava dalğaları və çaylarda su səviyyəsinin kəskin azalması həm su elektrik stansiyalarının fəaliyyətinə, həm də çay nəqliyyatına mənfi təsir göstərir.

Milli Enerji Təhlükəsizliyi Fondunun (NESF) və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkovun sözlərinə görə, yüksək temperatur təkcə su elektrik stansiyalarının fəaliyyətini məhdudlaşdırmır, həm də nüvə elektrik stansiyalarının işinə təsir edir.

O bildirib ki, problem yalnız su anbarlarının dayazlaşması ilə bağlı deyil, eyni zamanda reaktorların soyudulmasında istifadə olunan suyun temperaturunun normadan yüksək olması da elektrik istehsalını çətinləşdirir.

Ekspertin iddiasına görə, bu səbəbdən Macarıstandakı Paks Atom Elektrik Stansiyasının yaxın günlərdə fəaliyyətini müvəqqəti dayandıracağı gözlənilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər