“Pepsi” “Coca-Cola”nı lağa qoydu
03 Aug 2026, 13:10
1 baxış
Admin
“Coca-Cola”nın yeni qlobal vizual kimliyini təqdim etməsindən sonra əsas rəqibi “Pepsi” buna yaradıcı şəkildə cavab verib.
“Bakupost” xəbər verir ki, şirkət “yeni loqo”nu təqdim etsə də, əslində loqoda heç bir dəyişiklik etməyib.
Bununla “Pepsi” dolayısı ilə “Coca-Cola”nın yeni vizual kimliyinə eyham vuraraq, “İşləyirsə, onu dəyişməyə ehtiyac yoxdur” mesajını verib.
Qeyd edək ki, “Coca-Cola” yaxın günlərdə qlobal vizual kimliyini yenilədiyini açıqlamışdı. Şirkət bu addımın bütün platformalarda daha vahid brend görünüşü yaratmaq məqsədi daşıdığını bildirsə də, sosial şəbəkələrdə bir çox istifadəçi dəyişikliklərin nəzərəçarpacaq dərəcədə olmadığını qeyd edib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az