Dünya

Koçaryanın bloku parlamentin ilk iclasını boykot etdi

03 Aug 2026, 11:45 1 baxış Admin
Koçaryanın bloku parlamentin ilk iclasını boykot etdi

Ermənistan parlamentində müxalif "Ermənistan" blokunun deputatları avqustun 3-də yeni seçilmiş Milli Məclisin ilk iclasına qatılmayıblar.
"Bakupost" APA-ya istinadla xəbər verir ki, iclas hakim "Vətəndaş Müqaviləsi" Partiyasının, müxalif "Güclü Ermənistan" alyansının və digər parlament təmsilçilərinin iştirakı ilə keçirilir.
Qeyd edək ki, "Ermənistan" bloku sabiq prezident Robert Koçaryan ətrafında formalaşmış siyasi ittifaqdır, "Güclü Ermənistan" alyansı isə iş adamı Samvel Karapetyan ilə əlaqələndirilən siyasi birlikdir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər