Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi
03 Aug 2026, 12:33
1 baxış
Admin
Nyu-York Universitetinin professoru və “Qara qu” kitabının müəllifi Nassim Taleb Azərbaycanda mühazirə oxumaqdan imtina edib.
"Bakupost" Globalinfo.az-a istinadla xəbər verir ki, N.Taleb Azərbaycana gəlməməsini hərbi cinayətləri sübuta yetirilmiş erməni separatçı Ruben Vardanyanın həbsi ilə əlaqələndirib.
“Ruben Vardanyan orada həbsdə olduğu müddət Azərbaycana getməyəcəm”, – Taleb bildirib.
Qeyd edək ki, N.Talebin Ruben Vardanyanla əlaqələri olduğu bildirilir. Onun “Qara qu” kitabı Azərbaycanda da nəşr edilib.
Detalları bir qədər sonra təqdim edəcəyik.
Mənbə:
bakupost.az