Paşinyan onu aparat rəhbəri təyin etdi - FOTO
03 Aug 2026, 11:42
2 baxış
Admin
Ermənistanın ABŞ-dəki keçmiş səfiri Lilit Makunts baş nazir aparatının rəhbəri təyin edilib.
News24.az xəbər verir ki, müvafiq qərarı baş nazir Nikol Paşinyan imzalayıb.
Makunts bu vəzifədə Araik Arutyunyanı əvəz edib.
Digər qərarla Lilit Makunts hökumət başçısının baş müşaviri vəzifəsini müvəqqəti icra edən şəxs postundan da azad edilib.
Baş nazir aparatının rəhbəri vəzifəsindən iyulun 20-də istefa verən Araik Arutyunyan hazırda isə Ermənistan parlametinin deputatıdır.
Mənbə:
news24.az