Vaşinqtonda meşə yanğını: 600-dən çox tikili məhv oldu
02 Aug 2026, 22:40
3 baxış
Admin
ABŞ-ın Vaşinqton ştatında meşə yanğınları nəticəsində 600-dən çox tikili məhv olub.
News24.az xəbər verir ki, ən ciddi vəziyyət Spokan ərazisində yaranıb və bir neçə böyük yanğın hakimiyyət orqanlarını minlərlə sakini təxliyə etməyə məcbur edib.
Hakimiyyət orqanlarının məlumatına görə, 600-dən çox tikili zədələnib və ya tamamilə məhv olub, təxminən 5000 ev isə məcburi təxliyə zonalarındadır.
Mənbə:
news24.az