Külək nə vaxt zəifləyəcək?
31 Jul 2026, 15:35
12 baxış
Admin
Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan və arabir güclənən külək bu gün günortadan sonra zəifləyəcək.
"Bakupost" xəbər verir ki, bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O, bildirib ki, günortadan sonra mülayim şimal-şərq küləyi əsəcək.
“Mülayim şimal-şərq küləyi avqustun 2-si gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək”, - deyə o vurğulayıb.
Mənbə:
bakupost.az