“Sea Breeze”də ilk uşaq doğuldu: Emin Ağalarovun sevinci
31 Jul 2026, 13:42
13 baxış
Admin
Tanınmış biznesmen və müğənni Emin Ağalarov "Referans Sea Breeze Hospital"da ilk körpənin dünyaya gəldiyini açıqlayıb.
"Bakupost" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib.
Bildirib ki, yeni fəaliyyətə başlayan tibb müəssisəsində doğulan ilk uşaq qızdır.
Emin Ağalarovun sözlərinə görə, körpənin adı Banudur. Onun çəkisi 2,8 kiloqram, boyu isə 50 santimetrdir.
Ağalarov paylaşımında Banuya sağlam və xoşbəxt ömür arzulayıb. O, həmçinin bu münasibətlə körpənin valideynləri Nigar xanım və Kənan bəyi təbrik etdiyini, anaya gül dəstəsi göndərdiyini də qeyd edib.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az