"Başımıza daş tökülür"
28 Jul 2026, 19:24
18 baxış
Admin
Sumqayıt şəhəri, Əzizbəyov küçəsi, 4-cü məhəllədə yerləşən yeni tikili bina ərazi sakinləri üçün təhlükə yaradıb.
“Bakupost” xəbər verir ki, məsələ ilə bağlı tanınmış jurnalist Aida Eyvazlı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edib.
O bildirib ki, ötən gün baş verən güclü külək nəticəsində binanın bəzi hissələri qoparaq yaxınlıqdakı iki mərtəbəli yaşayış evlərinin qarşısına düşüb:
“Budurmu sakinlər üçün tikilən evlər? Üzümü Zakir Fərəcova tutub deyirəm, bu binalar bizim üçün təhlükə yaradır, mütləq tədbir görün. Binanı tikən şəxslər sakinləri təhqir edib, hadisə yerindən qovublar”.
Lalə,BakuPost
Mənbə:
bakupost.az