Cəmiyyət

Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır - FOTO

28 Jul 2026, 17:16 21 baxış Admin
Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır - FOTO

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov işdən çıxarılır.

News24.az xəbər verir ki, bununla bağlı direktorun ərizəsi alınıb. Yaxın vaxtlarda onun işdən çıxarılması ilə bağlı TƏBİB-in icraçı direktoru Anar Bayramov əmr imzalayacaq.

Məsələ ilə bağlı E.Azadxanovla əlaqə saxlamaq mümkün olmadı - zənglərə cavab vermir. TƏBİB-dən isə bildirildi ki, onun işdən azad olunması ilə bağlı əmr yoxdur.

Qeyd edək ki, E.Azadxanov bu vəzifəyə 2023-cü il 30 dekabr tarixində təyin olunmuşdu.

Xatırladaq ki, o 2021-ci ildə “Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardioloqları Cəmiyyətinin, Türk Dünyası Kardioloqları Birliyinin üzvüdür./Bakupost/


Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər