İlham Əliyev Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat
28 Jul 2026, 14:14
18 baxış
Admin
Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
"Bakupost" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Mənbə:
bakupost.az