Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat
28 Jul 2026, 14:15
17 baxış
Admin
Elçin Nəriman oğlu Hüseynli Azərbaycanın Hindistanda, eyni zamanda Banqladeşdə, Butan Krallığında, Maldiv Respublikasında, Nepalda və Şri-Lanka Demokratik Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
"Bakupost" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə E.Hüseynli Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Mənbə:
bakupost.az