Möhkəm evliliyin sirri açıqlandı: Mütəxəssislər 25 vərdiş sadaladı
Mütəxəssislər uzunömürlü və xoşbəxt evliliyin qorunmasına kömək edən əsas vərdişləri açıqlayıblar.
News24.az xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, psixoloq və ailə məsləhətçiləri hesab edirlər ki, sağlam münasibət üçün tərəflər ilk növbədə bir-biri ilə açıq ünsiyyət qurmalı, problemləri gizlətməməli və qarşılıqlı hörməti qorumalıdırlar.
Ekspertlər münasibətlərdə yeniliyin vacibliyini də vurğulayırlar. Birgə səyahətlər, ortaq hobbilər, mütəmadi görüşlər və yeni xatirələrin yaradılması cütlüklər arasındakı emosional bağı gücləndirir.
Mütəxəssislərin fikrincə, möhkəm evlilik etibar, kompromis, ortaq dəyərlər və gələcəklə bağlı ümumi məqsədlər üzərində qurulur. Həmçinin tərəflərin bir-birini dəyişdirməyə çalışmaması, fərqlilikləri qəbul etməsi və çətin anlarda bir-birinə dəstək olması da münasibətlərin davamlılığı üçün mühüm amillərdir.
Psixoloqlar bildirirlər ki, gündəlik kiçik diqqət jestləri – təşəkkür etmək, sevgini ifadə etmək, qucaqlaşmaq, birlikdə vaxt keçirmək və tərəfdaşın fikrinə hörmətlə yanaşmaq ailə münasibətlərini daha da möhkəmləndirir.
Bundan başqa, mütəxəssislər daimi tənqiddən uzaq durmağı, evdəki məsuliyyətləri əvvəlcədən bölüşməyi və romantikanı münasibətlərin ayrılmaz hissəsi kimi qorumağı tövsiyə edirlər. Onların qənaətincə, güclü evliliyin əsasını etibar, açıq ünsiyyət və qarşılıqlı anlayış təşkil edir.