Buzovnada “BYD”yə çırpılan “Niva” aşdı
27 Jul 2026, 15:20
4 baxış
Admin
Bu gün paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Şağan-Buzovna yolunda “Niva” markalı minik avtomobili dönmə manevri edən “BYD” markalı avtomobilə çırpılaraq aşıb.
Nəticədə “Niva”da olan 1 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya aparılıb.
Bildirilib ki, hadisə vaxtı “Niva” markalı avtomobil yüksək sürətlə hərəkət edirmiş.
Mənbə:
news24.az