Azad edilmiş ərazilərdə daha 212 mina aşkarlandı
27 Jul 2026, 12:47
4 baxış
Admin
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.07.2026 – 26.07.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) News24.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 173 piyada əleyhinə mina, 39 tank əleyhinə mina, 753 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1740,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Mənbə:
news24.az