Kriminal

Sabiq prokuror vəfat etdi - Foto

27 Jul 2026, 12:58 3 baxış Admin
Sabiq prokuror vəfat etdi - Foto

Azərbaycan Baş Prokurorluğunun veteranı, ədliyyə müşaviri Füzuli Musayev vəfat edib.

News24.az xəbər verir ki, uzun illər prokurorluq orqanlarında çalışmış məmur yaşadığı evdə ürəktutması nəticəsində dünyasını dəyişib.

1992-ci ildə prokurorluq orqanlarında qulluğa başlayan F.Musayev Daşkəsən, Samux və Tovuz rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, Zaqatala Rayon Prokurorluğunda isə prokuror müavini vəzifəsində çalışıb.

O, sonrakı illərdə Sabirabad və Şamaxı rayonlarının prokuroru, həmçinin prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət göstərib. (Shimal.News)

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər