Naxçıvanın bəzi ərazilərində qaz kəsiləcək
24 Jul 2026, 00:02
24 baxış
Admin
Naxçıvanın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
News24.az xəbər verir ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24 iyul saat 14:10-dan işlər başa çatanadək Naxçıvan şəhərinin Atabəylər və Əlincə məhəllələrinin, eləcə də Əliqulu Qəmküsar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatının təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra bərpa ediləcəyi bildirilib. (Report)
Mənbə:
news24.az