Avropada istidən ölənlərin sayı açıqlandı
28 Jun 2026, 21:58
20 baxış
Admin
21 iyundan bəri Avropada həddindən artıq istilər səbəbindən 1300-dən çox insan ölüb.
News24.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında yazıb.
"Hazırda təxminən 150 milyon insan həddindən artıq istidə yaşayır, məktəblər bağlanır və elektrik şəbəkələri sıradan çıxıb", - deyə o qeyd edib.
ÜST direktoru istilik stressini "səssiz qatil" adlandırıb və Avropa evlərinin, məktəblərinin və iş yerlərinin bu cür temperatur üçün nəzərdə tutulmadığını bildirib.
Mənbə:
news24.az