Füzulidə qəbiristanlıqda yanğın oldu - Fotolar
25 Jun 2026, 22:19
1 baxış
Admin
Füzuli rayonunda qəbiristanlıq ərazisində yanğın hadisəsi baş verib.
News24.az xəbər verir ki,yanğın rayonun Babı və Arayatlı kəndlərinin qəbiristanlığında olub.
Belə ki, quru otlaq sahəsində başlayan yanğın qısa müddətdə genişlənərək məzarların ətrafına yayılıb.
Yanğın nəticəsində bir neçə qəbir daşına isə ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)
Mənbə:
news24.az