Kriminal

4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapıldı

25 Jun 2026, 10:19 5 baxış Admin
4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapıldı

Bilgəhdə 4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

İyunun 21-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan - 2005-ci il təvəllüdlü Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər