“Neftçi” müdafiəçi transfer etdi
24 Jun 2026, 17:29
5 baxış
Admin
“Neftçi” 2026-cı il yay transfer dönəmində sayca üçüncü keçidini rəsmiləşdirib.
News24.az xəbər verir ki, Qvadelupalı müdafiəçi Endryu Qravilyon “ağ-qaralar”ın yeni üzvüdür. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 55 nömrəli formanı geyinəcək.
Zəngin karyeraya malik olan Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.
Mənbə:
news24.az