İdman

ÇL: "Sabah"ın II mərhələdəki rəqibləri bilindi

17 Jun 2026, 15:40 7 baxış Admin
ÇL: "Sabah"ın II mərhələdəki rəqibləri bilindi

Bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.

News24.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında baş tutur.

Azərbaycan çempionu “Sabah” bu raundda səpələnməmişlər səbətində yer alıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində TNS-i mübarizədən kənarlaşdırsa, “Vardar” (Şimali Makedoniya) – “Kups” (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

İlk oyun Bakıda keçiriləcək. Cavab matçı isə səfərdə baş tutacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab matçları isə iyulun 28-29-da baş tutacaq.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər