7 Aİ ölkəsi bu idmançılara viza verilməməsini tələb edir
24 Nov 2026, 22:23
1 baxış
Admin
Avropa İttifaqının (Aİ) yeddi ölkəsi rusiyalı və belaruslu idmançılara, hətta beynəlxalq yarışlarda neytral bayraq altında iştirak etsələr belə, viza verilməməsini tələb edib.
"Bakupost" xəbər verir ki, bu təşəbbüslə Danimarka, İsveç, Finlandiya, Polşa, Estoniya, Latviya və Litva çıxış edib.
Ölkələrin birgə bəyanatında idmanın geosiyasətdən ayrı tutulmasının mümkün olmadığı vurğulanıb.
“İdmanı geosiyasətdən ayırmaq sadəcə mümkün deyil”, – deyə bəyanatda qeyd olunub.
Mənbə:
bakupost.az