Bu məktəbə yeni direktor təyin edildi
24 Nov 2026, 22:38
1 baxış
Admin
Bakı şəhəri 145 nömrəli tam orta ümumtəhsil məktəbinə direktor təyin edilib.
“Bakupost” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Əliyeva Məsmə Cavanşir qızı bu vəzifəyə təyinat alıb.
Mənbə:
bakupost.az