İdman

Andrey Arşavin Bakıya gəldi

24 Nov 2026, 21:14 2 baxış Admin
Andrey Arşavin Bakıya gəldi

Rusiya millisinin və İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Andrey Arşavin Bakıya gəlib.


"Bakupost"un Qol.az-a istinadla məlumatına görə, onun Azərbaycana səfərinin məqsədi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda noyabrın 25-də keçiriləcək “Sabah” - “Barselona” qarşılaşmasını stadiondan canlı izləməkdir.

Arşavin Bakı səfəri çərçivəsində bu gün “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə görüşüb. Azərbaycan millisinin qapıçısı bununla bağlı sosial şəbəkə hesabında birgə fotolarını paylaşıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər