İdman

FIFA iki Türkiyə klubuna transfer qadağası qoydu

24 Nov 2026, 21:18 2 baxış Admin
FIFA iki Türkiyə klubuna transfer qadağası qoydu

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Türkiyənin iki klubuna transfer qadağası tətbiq edib.

News24.az xəbər verir ki, bu, qurumun rəsmi saytında yayımlanan transfer qadağaları siyahısında əksini tapır.

Türkiyə Super Liqasında çıxış edən "Gənclərbirliyi" üç transfer pəncərəsi ərzində yeni futbolçuları qeydiyyatdan keçirə bilməyəcək.

Türkiyə I Liqasının təmsilçisi "Pendikspor"a tətbiq edilən qadağanın isə müddəti göstərilməyib. Klubun transfer qadağası müvafiq məhdudiyyət aradan qaldırılanadək qüvvədə qalacaq./Oxu.az

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər